AFFA-nın baş katibi: “Bu, ilkdir, yeni yolun başlanğıcıdır, davamlı olsun”

08:30 Milli komanda 68
AFFA-nın baş katibi: “Bu, ilkdir, yeni yolun başlanğıcıdır, davamlı olsun”

AFFA-nın baş katibi Cahangir Fərəcullayev "FIFA Series – 2026" beynəlxalq turnirində qazanılan qələbə haqda təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi əldə olunan uğurun Azərbaycan futbolu üçün əhəmiyyətini xüsusi vurğulayıb:

"İlk növbədə hamını təbrik edirəm. Hesab edirəm ki, bu qələbəni kiçiltmək lazım deyil. Futbolçularımız hər iki oyunda əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar.

Hesabda geri düşməyimizə baxmayaraq sona qədər xarakter nümayiş etdirdilər və qalib gəldilər. Bu, bizim üçün çox vacib nəticədir".

Baş katib rəqiblər və bu kubokun gələcək perspektivlərinə də aydınlıq gətirib:

"Bəlkə də rəqiblərin o qədər də tanınmadığını deyə bilərlər, lakin bu, yeni yolun başlanğıcıdır. Bu, bizim FİFA çərçivəsində qazandığımız ilk kubokdur. Davamlı olsun"

Xatırladaq ki, final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və yığmamız penaltilər seriyasında daha dəqiq oynayıb (9:8).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti