FİFA prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirakını arzuladığını bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mətbuata açıqlamasında Yaxın Şərqdəki gərginliyə baxmayaraq, İran yığmasının turnirdən kənarda qalmasının gündəmdə olmadığını vurğulayıb:
“Dünya çempionatı hər kəsi bir araya gətirən böyük futbol bayramıdır. Biz istəyirik ki, bütün dünya bu bayramda birləşsin.
İranla bağlı başqa variantları nəzərdən keçirmirik. Bu komandanın mundialda çıxış etməsini istəyirik”.
2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
İran millisi qrup mərhələsində Misir, Belçika və Yeni Zelandiya yığmaları ilə üz-üzə gələcək. Komanda bütün oyunlarını ABŞ ərazisində keçirməlidir.

