Azərbaycan millisisində ən çox oyun keçirən “üçlüy”ə daxil oldu

09:00 Milli komanda 96
Azərbaycan millisisində ən çox oyun keçirən “üçlüy”ə daxil oldu

Bədavi Hüseynov Azərbaycan millisi tarixində ən çox oyun keçirən futbolçuların sıralamasında ilk “üçlüy”ə daxil oldu.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu günə qədər yığmanın heyətində 79 oyun keçirmişdi.

O, Syerra Leone ilə görüşə start heyətdə başlamaqla yubileyə nail oldu. Sent Lüsiya ilə görüşdə Kamran Ağayevə çatan Bədavi bu gün də Aslan Kərimovla bərabərləşdi. İndi onlar 3-cü pilləni bölüşür.

İkinci sıradakı Maksim Medvedev (81) də əlçatmaz deyil. Bədavi sabiq komanda yoldaşından hazırda 1 oyun geri qalır.

Milli tarixində ən çox matçda iştirak edən futbolçu isə Rəşad Sadıqov olub. Keçmiş kapitan 111 dəfə yığmanın formasını geyinib.

2012-ci ildən Azərbaycan millisinə çağırılan Bədavi Hüseynovun aktivində 1 qol var. Müdafiəçi 2021-ci ildə Belarusla (2:1) yoldaşlıq oyununda fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti