“Azərbaycanla oyunda bir az aqressiv idim - Mən müdafiəçiyəm, belə olmalıyam”

12:40 Milli komanda 152
“Azərbaycanla oyunda bir az aqressiv idim - Mən müdafiəçiyəm, belə olmalıyam”

“Oyun çox yaxşı keçdi. Çox güclü bir rəqiblə oynadıq, ona görə nəticədən məmnunuq.

Azərbaycan millisi çox yaxşı komandadır və çox yaxşı oynayır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Syerra Leone millisinin üzvü Abdulai Juma Bah deyib.

20 yaşlı müdafiəçi “FIFA Series – 2026” beynəlxalq turnirində penaltilər seriyasında Azərbaycan millisinə məğlubiyyəti belə şərh edib:

“Buraya gələndə çox yaxşı bir komandaya qarşı oynayacağımızı bilirdik. Ona görə hazırlaşdıq və əlimizdən gələni etdik.

Qarşılaşma çox maraqlı keçdi. Penalti isə şans işidir, hər kəs qazana bilər.

Bu, onların şansıdır və onlar çempiondurlar, ona görə onlara təbriklər. Milli komandamızın oyunçuları çox yaxşıdır, nə edə biləcəklərini görürük.

Oyun ərzində bir az aqressiv oldum. Bu da mənim oyun tərzimdir – mən müdafiəçiyəm, ona görə hər zaman aqressiv olmalıyam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti