"Qarabağ" qələbə qazandı, “Səbail” “Keşlə” ilə bərabər qaldı - Yenilənib

17 Oktyabr 2020 17:56 Premyerliqa 1 153
"Qarabağ" qələbə qazandı, “Səbail” “Keşlə” ilə bərabər qaldı - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu "Səbail"lə "Keşlə" arasında baş tutacaq. Sonuncu pillədə qərarlaşmış “dənizçilər” qələbə qazanmaqla “zirzəmi”dən qurtulmağı hədəfləyibsə, qonaq komanda liderlər qrupundakı mövqeyini möhkəmləndirmək istəyir.

Günün digər oyununda son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Turnir cədvəlində qonşu olan kollektivlərin duelində Ağdam təmsilçisi favorit hesab olunur. Əyalət təmsilçisi cari mövsümdə hələ ki, qələbə sevinci yaşamayan yeganə komandadır.

Bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.

-cı tur

17 oktyabr

"Səbail" - "Keşlə" 1-1

Qollar: Rəhman Hacıyev, 49. - Bahadur Həziyev, 51.

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.

Bakı. "ASCO Arena", 14:00.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov.

Baş məşqçi: Aftandil Hacıyev.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov. 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov.

Baş məşqçi: Yunis Hüseynov.

"Qarabağ" - "Qəbələ" 3-0

Qol: Donald Gerye, 44. Patrik Andrade, 89 (pen). Toral Bayramov, 90.

Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.

Bakı. "Azersun Arena", 16:00.

Digər Xəbərlər
Xəbər Lenti