Premyer Liqa klubları icazə aldı - Bu şərtlər daxilində

7 Avqust 2020 09:28 Premyerliqa 1 431
Premyer Liqa klubları icazə aldı - Bu şərtlər daxilində

Premyer Liqa klubları bugündən etibarən Bakı və Sumqayıtda məşqlərə başlaya bilər.

Sportinfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah ilə AFFA arasında aparılan danışıqların nəticəsində mümkün olub.

Düzdür, razılıq hələ rəsmi şəkildə elan edilməyib, ancaq ən qısa zamanda açıqlanması gözlənilir.

Anlaşmanın şərtləri var. Məsələn, elita təmsilçiləri hazırlıq prosesinə aid video və fotoları yaymamalı, məşqlərdə klub nümayəndələrinin, digər əməkdaşların sayına məhdudiyyət qoymalı, sosial məsafəni qorumalıdır.

Hələlik yeganə açıq qalan məsələ həftəsonları ilə bağlıdır. Şənbə və bazar günləri ictmai nəqliyyatin hərəkəti dayandırıldığından, həftəlik çalışmaların cəmi 5 günü əhatə etməsi tövsiyə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu