"Allah ölkə futbolunu bu gunə qoyanların bəlasını versin!" - VİDEO

26 May 2020 21:40 Premyerliqa 1 178
"Allah ölkə futbolunu bu gunə qoyanların bəlasını versin!" - VİDEO

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkədə yeni video paylaşıb.

Sportinfo.az xəbər verir ki, video 2016-cı ilin mayında çəkilib.

Paylaşım Premyer Liqanın "Rəvan"la son oyununa aiddir. Hansı ki, Ramil Diniyevin haqsız qərarları cənub təmsilçisini qələbədən məhrum etmiş, komanda elita ilə vidalaşmışdı.

Cəbrayıloğlu yazıb: "Bu kadrları kim cəkibsə halal olsun!"Xəzər Lənkəran"la bağlı həyatımın ən vacib, ən üzüldüyüm anlarıdır. Futbolçular, məşqçilər üzlərini yuxarı tutub,mənimlə danışır. Səsim də güclə eşidiləcək tərzdə düşüb: "Meydandan çıxın... ".

Təəssüf ki, klub numayəndələrindən biri "Hüseyn, bu qərarın arxasında durmaq lazımdır" dedi və yanımızda lazımi adamlar olmadığı üçün komanda meydana qayıtdı.

Hərçənd sonralar ümumi fikir bu oldu ki, XL məhz bu cür getməli, tarixdə də etirazli gedisimiz qalmali idi. Allah, Ramil Diniyevin, "onu niyə tənqid edirsiniz?" deyənlərin, ölkə futbolunu bu gunə qoyanların bəlasını versin!".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"