Elxan Məmmədovun arxasından gələn "TOP-5" – VİDEO-BLOQ 

22 Mart 2020 19:40 Premyerliqa 1 313
Elxan Məmmədovun arxasından gələn "TOP-5" – VİDEO-BLOQ 

Koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ST #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb.

Bu kampaniyaya AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov da qoşulub.

ərdəkanda tikdirdirdiyi bağ evində çəkiliş aparan E.Məmmədov insanlara sağlam həyat tərzi seçməyi tövsiyə edib. O, Premyer Liqa klublarının rəhbərliyini çağırışa qoşulmağa dəvət eləyib.

Federasiyanın bir nömrəli fiqurantının çağırışı ona yaxınlığı ilə bilinən klubların rəhbər şəxsləri, məşqçiləri və futbolçuları tərəfindən isti qarşılanıb. Hamısı sanki bir-birinin bəhsinə bu kampaniyaya qoşulub.

Sosial şəbəkələrdə toplu paylaşım edənlərin sayı kifayət qədərdir. Kimi top çiləyir, kimi «pas»ı başqalarına ötürür, kimi də… Xulasə, hərə bir cür Elxan Məmmədovun səsinə səs verir.

İçlərində maraqlı görüntülər az deyil. Yayılan videoları izləyərkən, klub rəsmilərinin topa «məhəbbət»inin fərqli yönlərini üzə çıxarmaq müimkündür. «Yuvarlaq meşin»lə övladı kimi davrananlar da var, məcburiyyətdən onu əlinə götürməsini hiss etdirən də.

Elxan Məmmədovun arxasından gələnlərin «TOP-5»ni müəyyənləşdirmək istədik. Sözsüz ki, birinci yerdə «Sumqayıt»ın prezidenti Riad Rəfiyev gəlir.

Vaxtilə peşəkar statuslu futbolçu keçmişi yaşayan, top oyununun sirlərini Braziliyada - «Santos»un akademiyasında öyrənən Riad bəy butsılarını doğma Yevlaxın komandasında – «Karvan»da mıxdan asıb.

«Neftçi»nin prezidenti Kamran Quliyev, sözügedən klubun idman direktoru Ceyhun Sultanov, «Sabah»ın hücumçusu Ramil Şeydayev və «Sumqayıt»ın yarımmüdafiəçisi Vüqar Mustafayev də «TOP-5»ə düşüb.

SPORTİNFO.AZ

Xəbər Lenti