Ayxan Abbasov: "Kor-koranə oynamırıq, fərq hiss olunur"

8 Dekabr 2019 17:33 Premyerliqa 728
Ayxan Abbasov: "Kor-koranə oynamırıq, fərq hiss olunur"

"Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi" - bu açıqlamanı Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sumqayıt”-"Qəbələ" görüşündən (1:1) sonra meydan sahibinin baş məşqçisi Ayxan Abbasov verib. Sportinfo.az xəbər verir ki, Abbasovun oyunsonrası mətbuat konfransında qarşılaşma haqda suallara ümumiləşmiş cavabı belə olub:

Çempionatın qış fasiləsi ərəfəsində son oyunu idi. Rəqibi təhlil etmişdik. Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdır. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.

Futbolçularımın meydanda nə etdiyi bəllidir. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər üst pillələrdə olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər.

Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu”.

Digər Xəbərlər
Xəbər Lenti