
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, “Sabah” Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.
“Gənclərbirliyi” İlhan Cavcav bazasında keçirilən matçda qapılara 6 qol vurulub. "Sabah" bu oyundan məğlubiyyətlə ayrılıb.
Bu, “Sabah”ın son yoxlama matçı olacaq. Elşad Əhmədovun çalışdırdığı kollektiv daha öncə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və “Əl-Şəhaniyə”yə (Qətər – 3:2) qalib gəlmişdi.
"Gənclərbirliyi" – "Sabah" 4:2
Qol: Təmkin Xəlilzadə, 2. Emil Qasımov, 52.
Sabah: Dmitri Bezruk, Bəhlul Mustafazadə, Ruslan Abışov, Coşqun Diniyev, Hendrik Eksteyn, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Məqsəd İsayev, Rəşad Eyubov, Emil Qasımov, Cavid İmamverdiyev.