
"Qarabağ" Çempionlar Liqasındakı (ÇL) potensial rəqiblərinin oyununu izləmək üçün İrlandiyaya məşqçi göndərəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Təcrübəli mütəxəssis "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasını köməkçi məşqçilərdən birinin stadiondan canlı izləyəcəyini söyləyib.
Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində "Şelburn" - "Linfild" cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.