
“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Zalstburq”la yoldaşlıq oyunu keçirəcək.
Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi Ukraynadan “Metalist 1925” ilə də qüvvəsini sınayacaq (7 iyul).