
“Neftçi” hazırda iki tanınmış futbolçu ilə danışıqlar aparır.
Saytımız bu barədə klubun özündən məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, rəhbərlik Samir Abasovun alınmasını istədiyi iki legionerlə danışıqları sürətləndirib.
Onlardan biri mərkəz müdafiəçisi, digəri isə hücumçudur.
Baş məşqçinin xidmətində görməyi arzuladığı əcnəbilər hazırda Avropanın qabaqcıl futbol ölkələrində çıxış eləyir və qiymətləri də kifayət qədər yüksəkdir.
Abasov komandanın səviyyəsini qaldırmaq, konkreti nəticə əldə etməkdən ötrü bu legionerlərin Azərbaycana gətirilməsini zəruri sayır.
«Ağ-qaralar» arxada qalan günlərdə 4 transfer əməliyyatını yekunlaşdırıb. Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov və Murad Xaçayev kollektivə cəob olunub.
SPORTİNFO.AZ