"Neftçi" 2 illik müqavilə bağladı - Məşhur brendlə anlaşma

14:20 Neftçi 865
"Neftçi" 2 illik müqavilə bağladı - Məşhur brendlə anlaşma

"Neftçi" ilə İtaliyanın məşhur brendi “Kappa” idman geyim malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

Sportinfo.az xəbər verir ki, anlaşmanın müddəti 2 ildir.

Razılaşmaya əsasən, “Kappa” “Neftçi” PFK-nın əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq.

Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz diləcək.

Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti