"Neftçi"nin futbolçuları tibbi müayinədən keçdi

30 İyun 2025 03:00 Neftçi 1 138
"Neftçi"nin futbolçuları tibbi müayinədən keçdi

“Neftçi”nin futbolçuları Liv Bona Dea Hospitalda Check Up müayinəsindən keçiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mustafa Sek, Bassala Sambu, Edvin Kuç və Ryonosuke Ohori ümumi müayinədən keçiblər.

Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onların sağlamlığında heç bir problem aşkarlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti