Sümük olub, keçib “Neftçi”nin boğazına – “Getmirəm!”

30 İyun 20:40 Neftçi 1 714
Sümük olub, keçib “Neftçi”nin boğazına – “Getmirəm!”

Samir Abasovun planlarına daxil olmayan futbolçularla yollarını ayıran “Neftçi” Alfa Kontedən qurtula bilmir.

Ötən mövsümün gedişində əvəzedici komandaya göndərilən, lakin burada ehtiyac duyulmadığı üçün fərdi məşqçi ilə hazırlıq keçən Sierra-Leonedən olan oyunçu buradan ayrılmaq barədə düşünmür.

Klub rəsmiləri Konte ilə söhbətdə baş məşqçinin onu sərəncamında görmək istəməməsi xəbərini çatdırıb, çıxış yolu kimi müəyyən qədər pul qarşılığında yolların ayrılmasını təklif edib. Hətta başqa kliub tapılması barədə məlumat verilib.

Heç kimlə yola getməyən, kollektivdə daxili ab-havanı pozan 25 yaşlı yarımmüdafiəçi təkliflərin heç birinə isti yanaşmır. “Heç yerə getmək fikrim yoxdur” deyib, hər gün bazaya gəlir, əsas komandaya qoşulmaq istədiyini bildirir.

Aldığı əməkhaqqı da 3-5 min dollar deyil, kifayət qədər ciddi məbləğdir. Yeganə çıxış yolu müqavilədə nəzərdə tutulan məvacibi qəpiyinə qədər ödəyib yola salmaqdır. Başqa yolla gedənə oxşamır.

Əvəzedici komandaya qoşulmağa, fərdi məşqçi ilə gün keçirməyə ikiəlli razıdır. Di gəl, “Neftçi”ni tərk etmək barədə qətiyyən fikirləşmir.

Alfa “ağ-qaralar”a ötən ilin yanvarında keçmiş idman direktoru Yens Andersonun təklifi əsasında cəlb olunub. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!