“Mövsüm mənim üçün tutqun və soyuq keçdi, əyləncəni əldən verdim”

30 İyun 2025 13:40 Bizimkilər 615
“Mövsüm mənim üçün tutqun və soyuq keçdi, əyləncəni əldən verdim”

Azərbaycan millisinin vingeri Ozancan Kökçü yeni klubu olan Niderlandın "Volendam" klubunda ilk məşqinə çıxıb.

Sportinfo.az "NH Nieuws" portalına istinadən xəbər verir ki, ötən mövsümü Finlandiyada - “Helsinki”də keçirən 26 yaşlı futbolçu Erediviziyada debüt edəcəyi Niderland çempionatına qayıdışı ilə bağlı fikirlərini bildirib:

"Ötən mövsüm mənim üçün tutqun və soyuq keçdi. Konfrans Liqası matçlarında oynasam da, əyləncəni əldən verdim.

Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm. Yüksək liqada oynamaqla bağlı istəyim var idi. Amma futbolda hər şey fərqli işləyir".

Millimizin cinah oyunçusu karyerası ərzində Niderlandın birinci liqasında yarışan "Eyndhoven” və “Telstar” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti