Kadi “Qarabağ”dan bunu istədi və aldı - FOTO

30 İyun 20:00 Qarabağ 1 110
Kadi “Qarabağ”dan bunu istədi və aldı - FOTO

Kadi Borqes yeni mövsümdən fərqli nömrə altında çıxış edəcək.

O, özünə doğma olan "20 nömrə"yə qayıdıb.

28 yaşlı legioner seçimini Şuşada edib.

Belə ki, "Qarabağ" klubu 2025/26 mövsümü üçün forma təqdimatını Qarabağın dilbər güşəsində həyata keçirib.

Klubun rəsmi hesablarında təqdim edilən fotolarda braziliyalı yarımmüdafiəçinin nömrə dəyişikliyinə getdiyi diqqətdən qaçmayıb.

"20 nömrə" Kadi üçün tanışdır.

Cənubi Amerikalı ilk dəfə Ağdam təmsilçisinə 2021-ci ildə gəlib. O, birinci dönəmində məhz bu nömrə altında çıxış edib.

Amma bu ilin fevral ayında ikinci dəfə Ağdam klubuna geri dönən Kadi bu dəfə "9 nömrə" ilə meydana çıxırdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular