"Sabah"ın sabiq baş məşqçisi "Zirə"yə necə kömək etdi?

30 İyun 2025 08:40 Hadisə 922
"Sabah"ın sabiq baş məşqçisi "Zirə"yə necə kömək etdi?

"Zirə"nin Konfrans Liqasının seçmə mərhələsində qarşılaşacağı "Hayduk" heyətini gücləndirməyə çalışır.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisi "Riyeka"nın futbolçusu Lindon Selahini transfer etmək istəyib.

Lakin "Riyeka" rəhbərliyi 26 yaşlı yarımmüdafiəçini Polşanın "Vidzev" komandasına satmağa qərar verib.

Lodz şəhərinin təmsilçisinin baş məşqçisi Jelko Sopiç Selahini "Riyeka"da olduğu dönəmdən tanıyır.

Jelko Sopiç 2019-2020-ci illərdə "Sabah"ın baş məşçisi olub.

"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi