"Qarabağ"dan "Zirə"yə 4 cavabsız qol

30 İyun 20:00 Qarabağ 320
"Qarabağ"dan "Zirə"yə 4 cavabsız qol

"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıblar.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gəliblər.

Görüş "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Kadi Borqes (10), Emmanuel Addai (50), Aleksey Kaşuk (58) və Musa Qurbanlı (64) vurub.

"Qarabağ" hazırlıq prosesində Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq "Zirə" isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Zirə" isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!