"Zirə"nin rəqibi Bolqarıstan komandasını məğlub etdi - FOTO

1 İyul 2025 03:00 Hadisə 683
"Zirə"nin rəqibi Bolqarıstan komandasını məğlub etdi - FOTO

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Xorvatiya təmsilçisi "Hayduk" yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Sloveniya toplanışına təsadüf edən qarşılaşmada Split komandası Bolqarıstandan MOİK-i (Sofiya) sınağa çəkib.

Görüş "Hayduk"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.

Split klubu “Zirə” ilə ilk görüşə qədər daha iki yoxlama görüşü keçirəcək.

Xorvatlar iyulun 4-də Sloveniyanın “Radomlje”, 2 həftə sonra isə Avstriya LASK-ı ilə üz-üzə gələcəklər.

"Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi