COP29

Gənc başqan vəd verdi: "Klubların inkişafı üçün əlimdən gələni edəcəm"

2 Aprel 13:40 Premyerliqa 509
Gənc başqan vəd verdi: "Klubların inkişafı üçün əlimdən gələni edəcəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib.

Sportinfo.az xəbər verir ki, funksioner bu barədə məbuat konfransında açıqlama verib.

O, bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacaqlarını söyləyib:

"Azərbaycan millisinin, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlimdən gələni edəcəyəm.

Avropa yarışlarında komandalarımızın daha da irəli gedəcəklərinə inanıram. Qitə arenasında onların hamısına azarkeşlik edəcəyik, dəstəkləyəcəyik.

"Qarabağ"ın son oyunları göstərdi ki, Azərbaycan adı altında çıxış edən istənilən klub ölkədə dəstəklənir".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"