
Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
"Neftçi Arena"da reallaşacaq qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.
Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.
16:30. “Neftçi” – “Sumqayıt” 1:2
Qollar: Ataa Caber, 34 // Masaki Murata, 71, Roi Kehat, 69
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov , 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 16. Lukas Melano, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Baş məşqçi: Adrian Mutu
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski
Baş məşqçi: Samir Abasov
19:00. “Turan Tovuz” – “Sabah” 2:3
Qollar: Fərid Nəbiyev, 25 (pen), Bruno Qonçavles, 37 - Davit Volkov, 8, 25, 42
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k),2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 7. Boyan Letiç
Baş məşqçi: Murad Musayev