COP29

“Neftçi” - "Kəpəz"lə bacarmadı, "Turan Tovuz" "Səbail"lə sülhə razılaşdı - YENİLƏNİB

16 Mart 2023 21:00 Premyerliqa 774
“Neftçi” - "Kəpəz"lə bacarmadı, "Turan Tovuz" "Səbail"lə sülhə razılaşdı - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Hər iki görüşdə paytaxt təmsilçisi bölgə komandasını qəbul edəcək.

Günün ilk qarşılaşmasında autsayder “Səbail” debütant “Turan Tovuz”la üz-üzə gələcək.

Bakılılar bu matçda həm rəqibi üzərində ilk qələbəsini qazanmağa, həm də turnir cədvəlinin son pilləsindən qurtulmağa çalışacaqlar. Tovuz təmsilçisi isə ilk “dördlüy”ə iddiasını davam etdirmək üçün mütləq qalib gəlməlidir.

Hazırda “Turan Tovuz” 27 xalla altıncı pillədə qərarlaşırsa, sonuncu yerdəki “Səbail”in aktivində 17 xal var.

55 xalla üçüncü sırada yer alan “Neftçi” uzun zaman sonra Premyer Liqada çıxışını bərpa etmiş “Kəpəz”i sınağa çəkəcək.

“Ağ-qaralar” son beş dueldə məğlub etdiyi rəqibi önündə yenə favoritdir. Gəncəlilər isə 6 ildən sonra ilk dəfə “Neftçi”yə qalib gəlməyə çalışacaqlar.

“Kəpəz” axırıncı dəfə 2017-ci ilin aprelində bakılıları məğlub etməyi bacarıb. Tərlan Əhmədovun kollektivi hazırda 21 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alır.

İlk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" isə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.

16 mart (cümə axşamı)

16:00. “Səbail” – “Turan Tovuz” 1:1

Qollar: David Qomis, 28 // Turan Vəlizadə, 45 (
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa

Baş məşqçi: Şahin Diniyev

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri

Baş məşqçi: Ayxan Abbasov

19:00. “Neftçi” – “Kəpəz” 2:2

Qollar: Emin Mahmudov,64, Eddi İsrafilov, 71 - Yusif Nəbiyev, 57, Salif Sisse, 75
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Kəpəz": 71. Mario Mustapiç, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 21. Martins Junior
Ehtiyat oyunçular: 68. Orxan Sadıxlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 9. Mate Kvirkviya
Baş məşqçi: Tərlan Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"