“Sabah”dan “Neftçi”, “Şamaxı”dan ”Səbail” üzərində parlaq qələbə!

26 Yanvar 2023 20:51 Premyerliqa 1 478
“Sabah”dan “Neftçi”, “Şamaxı”dan ”Səbail”  üzərində parlaq qələbə!

Azərbaycan Premyer Liqasında bu gün XIX tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 13 xalla 8-ci, "dənizçilər" 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.

Turun son matçında "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Meydan sahibləri 43 xalla ikinci, "ağ-qaralar" 38 xalla üçüncü sıradadır.

Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də "Neftçi", 3-də "Sabah" meydanı 3 xalla tərk edibr. Topların nisbətində qonaqlar aşkar üstündür - 31:13.

Turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" səfərdə "Turan Tovuz"a 3:2, "Zirə" isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

26 yanvar (cümə axşamı)

14:00. "Şamaxı" - "Səbail" 2:1

Qollar: Emil Qasimov, 57, Amil Yunanov 90+1 (pen) - Zakpa 32

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu.

“Şamaxı”: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihat Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov
Baş məşqçi: Vüqar Əsgərli
“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 99. David Qomis
Baş məşqçi: Şahin Diniyev

19:00. "Sabah" - "Neftçi" 2:0

Qollar: Coy Lens Mikels, 7-pen. Aleksey Kaşuk, 37.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena".

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik. 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Digər Xəbərlər
Xəbər Lenti