“Qarabağ” Tovuzda, “Zirə” evdə qalibiyyət əldə etdi

25 Yanvar 2023 18:21 Premyerliqa 1 355
“Qarabağ” Tovuzda, “Zirə” evdə qalibiyyət əldə etdi

Bu gün Premyer Liqada XIX turun daha iki matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə Tovuzda start verilib.

Çempionatın debütantı “Turan Tovuz” “Qarabağ”ı qəbul edib. Qərblilər Premyer Liqanın liderinə müqavimət göstərsə də, məhsuldar keçən qarşılaşmada üç xalı Qurban Qurbanovun yetirmələri qazanıb.

Avrokuboklara vəsiqəyə iddialı olan “Zirə” “Sumqayıt”ı sınağa çəkib.

Autsayderlər sırasından qurtulmaq üçün mübarizə aparan qonaqlar ilk yarıda hesabı açsalar da, üstünlüyünü qoruya bilməyib. Rəşad Sadıqovun yetirmələri mövsümün ikinci yarısına əzmkar qələbə ilə başlayıb.

25 yanvar

14:00. "Turan Tovuz" - "Qarabağ" 2:3

Qollar: Runi Eva, 23, Ehtiram Şahverdiyev, 85, Bəhlul Mustafazadə, 89 - Musa Qurbanlı, 10, Ramil Şeydayev, 27

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu, 14:00

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov

16:30. "Zirə” - “Sumqayıt” 3:1

Qollar: Dmitrios Çantakias, 50, Loris Broqno, 73, Toni Qomes, 79 - Vüsal İsgəndərli 4
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar
Baş məşqçi: Samir Abasov

Xəbər Lenti