"Kəpəz"in legioner hücumçu transferi niyə GECİKİR?

22 Sentyabr 2022 16:00 Premyerliqa 944
"Kəpəz"in legioner hücumçu transferi niyə GECİKİR?

"Kəpəz"in yeni transferini rəsmən açıqlamağa hazırlaşdığı yeni legionerin kimliyi barədə məlumat vermişdik.

Belə ki, Gəncə təmsilçisi Ahmied Aljaburi ilə bütün detalallar anlaşıb.

Amma bu transfer də son anda baş tutmaya bilər. Belə ki, forvarda İranın birinci liqasından dəvət gəlib. Yüksək maaş təklifi əcnəbi oyunçunu karyerası ilə bağlı yenidən fikirləşməyə vadar edib.

Futbolçu indiki halda Azərbaycan klubuna gözləməyi məsləhət görüb. Əgər onun ölkəsində çıxış etmək variantı alınmasa, o halda Azərbaycana gələcək.

29 yaşlı hücumçu vaxtilə İranın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

"Susangerd"in yetirməsi ölkəsində "Naft MS"ın şərəfini qoruyub.

Daha öncə isə "Naft Əhvaz", "Hafari Əhvaz", "Fulad Novin", "İstiqlal Əhvaz", "İpanjavan", "Nassaji", "Badran Tehran", "Padideh Xorasan" və "Fulad"ın uğurları üçün tər töküb.

Daha əvvəl isə qərb təmsilçisi Stefan Cupiçlə anlaşsa da, son anda onun transferindən imtina etmişdi.

Səbəb isə serbiyalı qapıçının əvvəllər “Ararat Armenia"da forma geyinməsi və Vətən Müharibəsi zamanı öz sosial şəbəkə hesabından Ermənistana dəstək paylaşımları etməsi olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti