"Sabah ciddi sürprizlə qarşılaşmasaq,  oyunları keçirə biləcəyik"

24 Fevral 2021 22:40 Premyerliqa 677
"Sabah ciddi sürprizlə qarşılaşmasaq,  oyunları keçirə biləcəyik"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XVII turun oyunları fevralın 25-də keçiriləcək.

Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Bank Respublika Arena"da "Sabah" "Keşlə"ni, "Azersun Arena"da isə "Qarabağ" "Səbail"i qəbul edəcək.

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovun sözlərinə görə, təmsil etdiyi qurum, klublar, stadiona cavabdeh olan şəxslər oyunları hansı tarixə təxirə salmağı yox, stadionu necə təmizləməyi düşünürlər:

"Sabah güclü qar müşahidə olunmasa, hər hansı bir ciddi sürprizlə qarşılaşmasaq, oyunlarımızı keçirə biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı
17 Dekabr 00:10 “Bu adam qəssab deyil”