“Neftçi”nin legioneri: “Bu cür komandalara qol vurmağın yollarını tapmalıyıq”

14 Oktyabr 16:00 Neftçi 1 292
“Neftçi”nin legioneri: “Bu cür komandalara qol vurmağın yollarını tapmalıyıq”

“Biz iddialı komandalara qarşı daha rahat oynayırıq, nəinki “iki nömrə”ylə çıxış edənlərə”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Sessi D’Almeyda deyib.

Benin yığmasının da formasını geyinən yarımmüdafiəçi Premyer Liqanın geridə qalan hissəsi haqda danışıb:

“Karvan-Yevlax” tipli komandalar əsasən müdafiənin qayğısına qalmaqla əks-hücumlara bel bağlayır. Rəqib böyük qüvvə ilə geri çəkiləndə müdafiəni yarmaq çətinləşir.

Lakin istənilən halda bu cür komandalara qol vurmağın yollarını tapmalıyıq. Çünki mövsüm ərzində belə oyunlar çox olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq