Millidə “fırtına qoparan” yarımmüdafiəçi “Neftçi”nin transfer siyahısında özünə yer etdi

13:00 Neftçi 1 672
Millidə “fırtına qoparan” yarımmüdafiəçi “Neftçi”nin transfer siyahısında özünə yer etdi

Millinin son üç matçında meydana çıxan Abdulla Xaybullayev «Neftçi»nin diqqət mərkəzinə düşüb.

«Ağ-qaralar»ın baş məşqçisi Samir Abasov onu sərəncamında görmək niyyətindədir.

Bakılılar yarımmüdafiəçini qış fasiləsində heyətinə qatmaq üçün indidən hərəkət keçib və səbəbkarla təmas qurub.

Dağıstan doğumlu orta sahə oyunçusu hazırkı durumundan məmnun deyil.

Valdas Dambrauskas ona etimad göstərmir. Litvalı baş məşqçi Premyer Liqanın son 3 turunda Abdullaya cəmi 3 dəqiqə şans tanıyıb.

«Neftçi» bu ilin əvvəlində Elvin Camalovu «Sabah»dan sıralarına qatıb. Samir Abasov ilk vaxtlar «Qəbələ»nin yetirməsinə güvənsə də, bu mövsümdən vəziyyət dəyişib.

Camalov vaxtın çoxunu ehtiyat skamyada keçirib. Səbəb onun meydanda gördüyü «qara iş»in aşağı səviyyədə olmasıdır.

Xaybullayev isə yığmada göstərdiyi oyunla göz doldurur. Ukrayna və Fransa ilə qarşılaşmalar dağıstanlı milliləşdirilmiş yarımmüdafiəçinin dəyərini artırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?