"Neftçi" başqalarına müqavilə təklif etdi, ona yox

10 Mart 2020 10:52 Neftçi 1 970
"Neftçi" başqalarına müqavilə təklif etdi, ona yox

«Neftçi»nin 3 futbolçusu ilə müqavilənin müddətiini uzatmağa hazırlaşmasını xəbər vermişdik.

Emin Mahmudov, Namiq Ələsgərov və Rəhman Hacıyev yeni sözləşmə təklifi alan oyunçulardır.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, Səlahət Ağayev rəhbərliyin yay planlarında yer almır.

Əsas heyətdəki yerini itirən qapıçıya müqaviləni uzatmaq təklif olunmayıb. Aqil Məmmədovun kölgəsində qalan kiper bundan elə də məyus olmayıb. Çünki Premyer Liqanın digər bir iştirakçısından ona dəvət gəlib.

Ağayev «Neftçi»nin ən ödənişli iki-üç yerli futbolçusundan biridir. Aylıq maaşı 27 min manat civarındadır. Bu pulu Səlahətə verə biləcək 2 klub var – «Qarabağ» və «Sabah».

Güman ki, o, legioner həyatı yaşamayacaq. Ötən yay belə bir fürsət əlinə düşmüşdü, lakin Qazaxstıana yollanmaq variantını dəyərləndirmədi.

Səlahət indi «Neftçi»də, demək olar ki, heç kimlə yola getmir. Hətta öz-özüylə də. Nə rəhbərliyi sayır, nə də baş məşqçini. Füzuli Məmmədovun onu ehtiyata çəkməsini Ceyhun Sultanovdan görür.

Digər Xəbərlər
Xəbər Lenti