"Bu sualı mənə yox, "Neftçi"yə verin" - Mamadu Mbodj

9 Dekabr 2019 17:49 Neftçi 1 056
"Bu sualı mənə yox, "Neftçi"yə verin" - Mamadu Mbodj

"Neftçi"dəki gələcəyim necə olacaq? Bunu ən yaxşısı klubdan soruşun. Çünki onlara aid sualdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Mamadu Mbodj deyib. Əsas heyətə düşməkdə çətinlik çəkən seneqallı futbolçu ehtiyatda qalmağının səbəbini bilmədiyini söyləyib:

"Peşəkar futbolçuyam. Öz işimi sevirəm. Siz jurnalistsiz, məgər, öz işinizi sevmirsiz? Təbii ki, sevirsiz. Mənim də işim futbol oynamaqdır və bundan zövq alıram. Neftçi" ilə 2021-ci ilə qədər müqaviləm var. Əgər bu gün ehtiyatda qalıramsa, bunun səbəbini məndən yox, "Neftçi"dən soruşun".

Mbodj komandanın baş məşqçisi Roberto Bordinlə hər hansı probleminin olmadığını bildirib: "Onunla münasibətlərimiz yaxşıdır. Aramızda heç bir problem yoxdur".

Qeyd edək ki, Mbodj "Neftçi"yə ötən mövsümün ortasında Litvanın "Jalqris" klubundan keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti