“Neftçi” bir neçə gün öncə işindən ayrılan məşqçiyə təklif göndərdi - SON DƏQİQƏ

15:00 Neftçi 681
“Neftçi” bir neçə gün öncə işindən ayrılan məşqçiyə təklif göndərdi - SON DƏQİQƏ

Yanvarın ilk günlərində «Araz-Naxçıvan»dan ayrılan Rasim Ramaldanov «Neftçi»də işləyə bilər.

Paytaxt klubu hazırda ona dəvət göndərib.

Təklif Yuri Vernidubla birgə çalışmaq niyyətindən ibarətdir.

Ramaldanov indiyədək iki yerdə fəaliyyət göstərib – «Qəbələ» və «Araz-Naxçıvan». O, bu komandalarda Elmar Baxşıyevin əsas köməkçisi olaraq fəaliyyət göstərib.

Yuri Vernidub ondan öncə klub rəsmilərinin təklifini qəbul etməyib, Cavid Hüseynovu öz korpusunda görmək istəməyib.

O, bir müddət «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləmiş və son olaraq «Səbail»i çalışdırmış gənc mütəxəssisin xidmətinə ehtiyac duymadığını bildirib.

59 yaşlı sükançı söyləyib ki, xidməti ona təklif edilən Hüseynovla bağlı müxtəlif mənbələrdən məlumat toplayıb və aldığı informasiyalar heç də birmənalı deyil.

Vernidub onun «Şamaxı» və «Səbail»də yaşadığı uğursuzluqlara diqqət çəkib, bu halın «Neftçi»də də təkrarlanmasından ehtiyatlandığına işarə vurub.

SPORTİNFO.AZ

"Bizim üçün siqnal oldu" - Rasim Ramaldanov

Digər Xəbərlər
Xəbər Lenti