"Neftçi"nin yeni transferi barədə: “O, belə oynayırsa, daha sözüm yoxdur” - VİDEO

17:40 Neftçi 728
"Neftçi"nin yeni transferi barədə: “O, belə oynayırsa, daha sözüm yoxdur” - VİDEO

“Açığı, gözüm onu tutdu”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin son tranfserlərindən İfeanyi Metyu haqda danışıb.

“Ağ-qaralar” sentyabrın sonunda 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan nigeriyalı vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

E.Abbasov Metyunun “Araz-Naxçıvan”la qarşılaşmada (2:2) yaxşı təsir bağışladığını bildirib.

Tanınmış teleşərhçi afrikalı legionerin komandaya qatqı verdiyini söyləyib, ünvanına xoş fikirlər səsləndirib.
SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti