"Neftçi"nin müdafiəçisi: "Bzim onlara qələbə borcumuz var"

19 Oktyabr 2025 17:45 Neftçi 991
"Neftçi"nin müdafiəçisi: "Bzim onlara qələbə borcumuz var"

"Bzim onlara qələbə borcumuz var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Murad Xaçayev deyib.

Mövsümlərarası fasilədə "Sumqayıt"ı paytaxt təmsilçisinə dəyişən və 2 illik müqavilə imzalayan arxa xətt oyunçusu fanatlardan razılıq edib:

"Azarkeşləriniz bizi sona qədər dəstəkləyir. Hətta məşqlərdə belə, yanımızda olduqlarını göstərirlər.

Sağ olsunlar, belə vəziyyətdə gəlib baxır, dəstək olurlar. Bunu etmək üçün əlimizdən gələn hər şeyi edirik.

Sadəcə, hələ ki, alınmır. Lakin mütləq alındıracağıq. Azarkeşlərimizi sevindirəcəyimizə inanır və hər birinə təşəkkür edirəm.

Bizim çempionat ağırdır. Hər komanda istənilən rəqibdən xal ala bilər.

Tək məqsədimiz bu vəziyyətdən çıxmaqdır. Qələbə yolumuz davam etməlidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti