“Neftçi”dən iddialı açıqlama: “Onun kimliyi bizi maraqlandırmır”

16:30 Neftçi 674
“Neftçi”dən iddialı açıqlama: “Onun kimliyi bizi maraqlandırmır”

8-ci turun sonuncu qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Bu komandaların son illərdə baş tutan oyunları hər zaman dinamikliyi və gərginliyi ilə yadda qalıb.

Öz aralarındakı oyunların nəticələrinə baxanda, Naxçıvan təmsilçisini “ağ-qaralar” üçün arzuolunmaz rəqib adlandıra bilərik.

Ötən tur “Zirə” üzərində qələbəni son anda əldən verən “Neftçi” üçün növbəti xal itkisi yolverilməzdir. “İmişli”ni 2:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” isə növbəti qələbə arzusundadır.

Paytaxt təmsilçisinin əsas fiqurlarından sayılan paraqvaylı yarımmüdafiəçi Freddi Varqas qarşıdakı oyunla bağlı Sportinfo.az-a fikirlərini bildirəndə iddialı açıqlama ilə diqqət çəkib:

“Rəqibin kimliyi bizi maraqlandırmır. Meydana çıxanda məqsədimiz 3 xal qazanmaqdan ibarət olur.

“Araz-Naxçıvan”la oyunda hədəfimiz dəyişməyəcək. 3 xalı komandamızın aktivinə yazıb, turnir cədvəlində irəliləməyə çalışacağıq. Komanda yoldaşlarımın gücünü bildiyimdən, bunu bacaracağımıza inanıram”.

Oktyabrın 19-da “Palms Sports Arena”da gerçəkləşəcək duel saat 18:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti