“Neftçi”nin adlı-sanlı yeni hücumçusu Bakıya ayaq basandan sonra... FOTOLAR

19 Oktyabr 2025 09:00 Neftçi 3 505
“Neftçi”nin adlı-sanlı yeni hücumçusu Bakıya ayaq basandan sonra... FOTOLAR

“Neftçi”nin yeni transferi Vensan Abubakar artıq Bakıdadır.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçunun Heydər Əliyevin adına Hava Limanında qarşılanma mərasimi baş tutub.

Kamerunlu hücumçunu yüzdən artıq “Neftçi” azarkeşləri, klub rəsmiləri və jurnalistlər qarşılayıblar.

Abubakar sabah tibbi müayinədən keçdikdən sonra paytaxt təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Kamerun millisinin üzvü olan Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş” və “Əl-Nəsr” kimi komandalarda da çıxış edib. O, son olaraq “Hatayspor”da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti