“Neftçi” məşhur hücumçunun gəlişini bu paylaşımla elan etdi - VİDEO

19 Oktyabr 2025 01:00 Neftçi 1 109
“Neftçi” məşhur hücumçunun gəlişini bu paylaşımla elan etdi -  VİDEO

"Neftçi” instaqram hesabında maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda saat təsviri və “Gəlir” sözü yer alıb.

Saatın əqrəblərinin rəngi isə Kamerun bayrağının rəngləridir.

Bakı klubu uzun müddətdir danışıqlar apardığı Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.

Böyük ehtimalla məşhur futbolçu ilə sabah müqavilə imzalanacaq.

Vensan Abubakar video ilə “Neftçi” azarkeşlərinə səslənib və Bakıya gəldiyini bildirib:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti