“Neftçi”nin Abubakarla bağlı möhtəşəm planı “Sportinfo”da!

16:40 Neftçi 680
“Neftçi”nin Abubakarla bağlı möhtəşəm planı “Sportinfo”da!

“Neftçi” xeyli vaxtdır danışıq apardığı Vensan Abubakarı Azərbaycana gəlməyə razı sala bilib.

Xəbər verdiyimiz kimi, tərəflər uzun sürən danışqlardan sonra müqavilə məsələləri ilə bağlı bütün detallarda razılıq əldə edib.

“Ağ-qaralar” ölkəmizə təşrif buyuran dünya şöhrətli futbolçu ilə bağlı xüsusi plan hazırlayıb.

Sportinfo.az xəbər verir ki, bu axşam saat 10 radələrində Paris-Bakı reysi ilə paytaxtımıza təşrif buyuracaq 33 yaşlı hücumçunu 50-yə yaxın “Neftçi” azarkeşi qarşılaşayacaq.

Abubakarın şəninə bəstələr səsləndiriləcək, səbəbkara müxtəlif hədiyyələr təqdim olunacaq.

“Neftçi” TV isə yeni transferlə bağlı xüsusi veriliş hazırlayacaq. Saat 21:30-dan etibarən klubun “yutub” səhifəsində yayımlanacaq proqramda saytımızın əməkdaşı Həbib Aslanov qonaq qismində iştirak edəcək.

Yeri gəlmişkən, bu günə qədər Azərbaycana gəlmiş hansısa əcnəbi futbolçunun xüsusi şəkildə təmtəraqla qarşılandığını yada salmaq çətindir. Bu formada salamlama törəni ölkə futbolunda ilk kimi yadda qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti