
«Neftçi» aylardır danışıqlar aparldığı Vensan Abubakarla ortaq məxrəcə gəldi…
Kamerunlu hücumçu bu gün-sabah «ağ-qaralar»la müqaviləyə imza atacaq.
Az öncə klubdan əldə etdiyimiz məlumata görə, 33 yaşlı ulduz ona təklif olunan şərtlərlə razılaşıb.
nlaşmaya əsasən, afrikalı forvard 8 aylıq müqaviləyə imza atacaq. Onun çıxışı məşqçi korpusunu qane edərsə, kontrakt 1 il müddətinə uzadılacaq.
“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" olub.
O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
SPORTİNFO.AZ