
Vensan Abubakarla müqavilə bağlayıb-bağlamayacağı yaxın 1-2 gün içində dəqiqləşəcək.
Saytımız bu barədə klubdan məlumat əldə edib.
Redaksiyamıza daxil olan son dəqiqə xəbərinə görə, Kamerun millisinin hücumçusu ilə danışıqlar yenidən bərpa olunub.
Təşəbbüs də afrikalı ulduzun özündən gəlib. Sabiq «Beşiktaş»lı iki istiqamət üzrə geri addım atıb: həm müqavilənin şərtləri, həm də müddətində.
33 yaşlı forvard müddəti sonradan uzadılmaqla müqavilə bağlamaq istəmirdi. Bakılılar afrikalıya öncə 8 aylıq kontrakt imzalatmaq niyyətindədirsə, o, birbaşa 1,5 illik sənədə qol çəkmək fikrindən geri çəkilmirdi.
Yəni ki, ən azı 2027-ci ilin yayınadək ağ-qara formanı geyinmək arzusundaydı. Bu da ki, tez-tez klub dəyişməməyə, daim iş yerinin olmasına görə.
İkinci səbəb maliyyə şərtləridir. Abubakar illik maaş tələbini 800 min avrodan 500 min avroya salsa da, «Neftçi» tərəfi bu rəqəmi yenə məqbul hesab etmirdi.
Dünən vəziyyət 180 dərəcə dəyişib. Abubakar üçün Paris-Bakı aviabileti sifariş olunub.
“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş afrikalının son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
SPORTİNFO.AZ