“Neftçi”nin ULDUZ TRANSFERİ - Danışıqlar “dalana dirəndi”

13:00 Neftçi 987
“Neftçi”nin ULDUZ TRANSFERİ - Danışıqlar “dalana dirəndi”

Kamerun millisinin hücumçusu Vensan Abubakarın «Neftçi» ilə anlaşması artıq çətin görünür.

İki adan çoxdur sabiq "Beşiktaş"lı ilə klub arasında gedən danışıqlar hazırda "dalana dirənib".

Bunun iki səbəbi var.

33 yaşlı ulduz müddəti sonradan uzadılmaqla müqavilə bağlamaq istəmir. Bakılılar afrikalıya öncə 8 aylıq kontrakt imzalatmaq niyyətindədirsə, o, birbaşa 1,5 illik sənədə qol çəkmək fikrindən geri çəkilmir.

Yəni ki, ən azı 2027-ci ilin yayınadək ağ-qara formanı geyinmək arzusundadır. Bu da ki, tez-tez klub dəyişməməyə, daim iş yerinin olmasına görə.

İkinci səbəb maliyyə şərtləridir. Abubakar illik maaş tələbini 800 min avrodan 500 min avroya salsa da, «Neftçi» tərəfi bu rəqəmi yenə məqbul hesab etmir.

Ondan bir qədər də güzəştə getməsini gözləyirlər.

“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş afrikalının son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti