
Milli fasilə başa çatdı. Premyer Liqa 8-ci turla yola davam edir.
"Neftçi"nin rəqibi bu turda "Araz Naxçıvan" olacaq.
Arxada qalan 7 turda özünə bənzəməyən, nəticələri uğursuz olan "ağ qaralar"ın fasilədən sonra özünü necə göstərəcəyi maraqlıdır.
Samir Abasovun gəlişindən sonra bakılılar yaxşı oyunu heç çür yaxşı nəticələrə çevirə bilmir.
Sportinfo.az-a açıqlama verən "Neftçi"nin kapitanı Emin Mahmudov qarşıdakı görüşlərdə bu problemi də aradan qaldıracaqlarını bildirib:
"Bizə sadəcə qol vurmaq lazımdır. Çünki bu mövsümkü heyət, oynadığımız oyuna görə 90 faiz oyunlarda qələbə qazanmalıydıq.
Sadəcə, qol vura bilmirik, bəxtsizlik var, ya da referi penalti vermir. Neçə penaltimizi verməyiblər. Üst-üstə düşür, ona görə nəticə yoxdur.
Amma indiki futbolumuz daha çox ümid verir, nəinki ötən mövsüm oynadığımız futbol. Biz həqiqətən çox oyunlarda rəqibdən üstün oynamışıq.
Sadəcə qələbə alınmayıb. Sonuncu nöqtəni qoymaq lazımdır. İnanıram ki, düzələr o da".
XANOĞLAN