Ərəblərin məşhur holdinqi “Neftçi”nin yeni sponsoru oldu

15 Oktyabr 2025 19:20 Neftçi 2 098
Ərəblərin məşhur holdinqi “Neftçi”nin yeni sponsoru oldu

“Neftçi” ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ arasında 3 illik sponsorluq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, “ağ-qaralar”ın rəsmi oyun formaları və satışa çıxarılacaq fan məhsullarının sol qolunda ADQ-nin loqosu yer alacaq.

Bu əməkdaşlıq “Neftçi”nin beynəlxalq miqyasda güclənmək, daha geniş auditoriyaya çatmaq və uzunmüddətli dəyərlər yaratmaq məqsədi ilə atdığı əhəmiyyətli addımlardan biridir.

2018-ci ildə “Abu Dhabi Developmental Holding Company PJSC” adı altında yaradılmış, 2020-ci ildə ADQ adını almış qurum Əbu-Dabi hökumətinin strateji tərəfdaşı kimi çıxış edir.

ADQ enerji, kommunal xidmətlər, qida və kənd təsərrüfatı, səhiyyə, mobillik və logistika kimi mühüm sektorlar üzrə investisiyalar həyata keçirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti