
“Neftçi”nin legioneri Sessi D’Almeydanın üzü gülür.
Benindən olan yarımmüdafiəçinin şərəfini qoruduğu milli 2026-cı ildə keçiriləcək dünya çempionatına bir addım da yaxınlaşıb.
Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın Afrika qitəsi üzrə seçmə mərhələ görüşündə Benin seçməsi səfərdə Ruandanın qonağı olub.
Oktyabrın 10-da keçirilən və gərgin keçən dueldə Sessinin komandası 1:0 hesabı qalib gələrək C qrupunda növbəti qələbəsini qazanıb. Bununla da 9 oyundan sonra xalların sayını 17-yə çatdıraraq qrup liderliyini qoruyub.
Beninin ən yaxın izləyicisi Cənubi Afrika 15 xalla 2-ci, Nigeriya 14 xalla 3-cüdür.
D’Almeyda DÇ-2026-da birbaşa iştirakın sevincini yaşamaq üçün komandası oktyabrın 14-də səfərdə Nigeriyanı udmalıdır. Heç-heçə və ya məğlubiyyət təqdirində, CAR-ın xal itirməsinə ümid etməlidir.
CAR-ın sonuncu turda öz meydanında Ruanda millisini qəbul edəcəyini diqqətə çatdıraq.
Yeri gəlmişkən, qaydalara əsasən, 9 qrupu ilk pillədə başa vuran 9 komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaq. 2-ci yeri tutan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda iştirak edəcək.
HƏBİB / SPORTİNFO.AZ