“Neftçi”də 1 qol vuran hücumçu: “O, necə məsləhət görürsə, elə də olur”

11 Oktyabr 23:00 Neftçi 206
“Neftçi”də 1 qol vuran hücumçu: “O, necə məsləhət görürsə, elə də olur”

“Sürətli olmağım vinger kimi oynamağımı asanlaşdırır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yay transferi Alessio Kurçi deyib.

“Ağ-qaralar” iyulda 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlayıb.

Futbola Lüksemburqda başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, ölkəsinin milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

Üç aydan artıqdır Bakıda olan legioner karyerası ərzində hücumun sivri ucunda və cinahlarda çıxış edib. Görəsən, özünü harada rahat hiss eləyir?

Premyer Liqanın geridə qalan 7 həftəsində 1 dəfə qol sevinci dadan səbəbkarı dinləyək:

“Neftçi”də vinger kimi oynamaq mənə daha rahatdır. Sağ və ya sol cinah - fərq etmir.

Ötən mövsüm oynadığım komandada hər iki cinahda şans qazanırdım. Qərarı verın baş məşqçidir. O, necə məsləhət görürsə, elə də olur”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM