“Neftçi”nin yeni futbolçusu DÇ-də oynamaq arzusunu dilə gətirdi

11 Oktyabr 20:00 Neftçi 1 005
“Neftçi”nin yeni futbolçusu DÇ-də oynamaq arzusunu dilə gətirdi

Gələn il Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatında Premyer Liqamızda top qovan futbolçu iştirak edə bilər.

Bu, Benin millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeydadır.

Afrika ölkəsinin milli komandasının aparıcı üzvlərindən sayılan 29 yaşlı futbolçu bu sevinci yaşamaq arzusundadır.

Dünya çempionatının Afrika zonası üçün seçmə mərhələsində C qrupunda yer alan Benin yığması 8 oyundan sonra aktivinə 14 xal yazdırmaqla lider Cənubi Afrika Respublikasından 3 xal geri qalır.

Sessinin komandası oktyabrdakı son iki görüşdə DÇ-yə vəsiqəyə iddialı Ruanda ilə Nigeriyanın qonağı olacaq.

“Neftçi”nin “6 nömrə”si dünya çempionatında mümkün iştirakla bağlı Sportinfo.az-a bunları deyib:

“Dünya çempionatına vəsiqə qazanmağımız kifayət qədər realdır. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Hər şey özümüzdən asılıdır.

Cənubi Afrika 3 xal itkisi ilə üzləşəcək. Çünki qaydalarla bağlı səhvə yol veriblər. 3 xalı itirməsələr, ikinci mərhələyə keçəcəyik. Yenə də ən yaxşısına ümid edirik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM