
Bir müddət “Neftçi” ilə danışıq aparan Arnaud Lusambanın yeni klubu müəyyənləşib.
28 yaşlı yarımmüdafiəçi karyerasını Vyetnamda davam etdirəcək.
O, “Thep Xanh Nam Dinh” ilə 1+1 illik müqavilə imzalayıb.
Konqo Demokratik Respublikası millisinin oyunçusu ötən ay “ağ-qaralar”la danışıq aparıb. Bakılıların baş məşqçisi Samir Abasov legionerlə şəxsən maraqlanıb və müəyyən araşdırmadan sonra rəyini dəyişib.
Fransanın Mets şəhərində dünyaya göz açmış Lusamba «Nansi»nin yetirməsidir. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərində «Baniyas»ın formasını geyinib.
2022-2024-cü illər aralığında Türkiyə Super Liqasında «Alanyaspor» və «Pendikspor»un formasını geyinib.
Fransada «Nis» və «Amiens»in, Belçikada «Brugge»nin uğurları üçün tər töküb. Doğulduğu ölkənin 16, 17, 18 və 19 yaşlılardan ibarət yığmalarına çağırılıb.
2022-ci ildə Konqo Demokratik Respublikasının yığmasından gələn təklifi qəbul edib və ötən müddətdə 2 oyunda meydana çıxıb.
Transfmarkt Lusambanın transfer dəyərini 1 milyon avro göstərib.
Fransadan olan jurnalistlər onun “Neftçi” ilə anlaşmasının son anda baş tutmamasına dair saytımızı məlumatlandırıb.
Həmkarlarımızın redaksiyamıza bildirdiyinə görə, futbolçunun oyun praktikasının yoxluğu “ağ-qaralar”ı qayğılandırıb. Habelə, zədəyə meylli olması haqda informasiyalar klubu qayğılandırıb.
Məhz bu üzdən Liqa 2-nin bir neçə iştirakçısı da menecerlər tərəfindən xidməti onlara təklif edilən afrikalını sıralarına qatmaq istəməyib.
SPORTİNFO.AZ