"Neftçi" 15700 manata görə ŞİKAYƏT EDƏCƏKMİ?

11:00 Neftçi 295
"Neftçi" 15700 manata görə ŞİKAYƏT EDƏCƏKMİ?

"Neftçi" AFFA-nın İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verməyi nəzərdə tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.

"Apellyasiya şikayəti hələ ki, nəzərdə tutulmayıb. Bununla bağlı nəsə olarsa, ictimaiyyətə açıqlama veriləcək", - deyə, o bildirib.

"Neftçi" VII turda "Zirə" ilə matçda azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə 10 min manat cərimələnib. B

undan başqa, oyununun 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb və paytaxt təmsilçisini 5000 manat ziyana salıb.

Həmçinin qarşılaşma zamanı 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti