Samir Abasov futbolçularına belə bir imkan yaratdı

20:00 Neftçi 221
Samir Abasov futbolçularına belə bir imkan yaratdı

Milli komandaların oyunları ilə bağlı Premyer Liqa klubları istirahətə çəkilib.

“Zirə”ylə dramatik qarşılaşmadan sonra (2:2) “Neftçi”nin baş məşqçi Samir Abasov futbolçularına dincəlmək imkanı yaradıb.

Nə az, nə çox, düz üç gün.

Cümə günü keçirilən oyun günü istirahətə çəkilən komanda üzvləri bir də oktyabrın 7-də klubun bazasında bir araya gələcək.

Yığma komandalara cəlb olunan futbolçular təxminən 10 gün düşərgədə olmayacağından, Abasov ixtiyarında olanları “Araz-Naxçıvan”la görüşə hazırlayacaq.

Yeri gəlmişkən, “ağ-qaralar” fasilə dönəmində yoldaşlıq görüşü keçirməyəcək. Hazırlıq dönəmi ikitərəfli oyunla yekunlaşacaq.

“Neftçi” Premyer Liqanın 8-ci turunda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək ki, oktyabrın 19-da keçiriləcək matç saat 18:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti